\"Eurovision- 2012\" mahnı müsabiqəsində ölkəmizi təmsil etmək uğrunda yarışan 8 yarımfinalçı bu gün çıxış edəcək

\"Eurovision- 2012\" mahnı müsabiqəsində ölkəmizi təmsil etmək uğrunda yarışan 8 yarımfinalçı bu gün çıxış edəcək
\"Eurovision- 2012\" mahnı müsabiqəsində ölkəmizi təmsil etmək uğrunda yarışan 8 yarımfinalçı bu gün İctimai Televiziyanın canlı efirində çıxışlarını davam etdirəcək. SİA-nın məlumatına görə, onlar Milli Seçim turunun proqramına uyğun olaraq bu gün Azərbaycan mahnılarını səsləndirəcəklər. İfaçıların repertuarı belədir:


Səbinə Babayeva musiqisi Vaqif Gərayzadəyə məxsus "Sevgi nəğməsi"ni ifa edəcək.


Orxan Kərimli Azərbaycan mahnılarından ibarət popuri oxuyacaq.


Məryəm Kərimova Zülfiyyə Xanbabayevanın repertuarına müraciət edib və "Canım məmləkətim"

söyləyəcək.


Eldar Mansurovun "Həyat nə gözəl" mahnısı Xəyyam Mustafazadənin ifasında səslənəcək.


Fəqan Səfərov xalq mahnısı "Sarı gəlin"i özünəməxsus tərzdə tamaşaçılara təqdim edəcək.


Cahangir Cahangirovun məşhur "Aylı gecə" kompozisiyasını tamaşaçılar bu dəfə Elton İbrahimovun ifasında eşidəcəklər.


Adil Baxışlı "Gün keçdi" filmindən sevilən kompozisiyaya müraciət edib. O, musiqisi Emin Sabitoğlu, sözləri Vaqif Səmədoğluna məxsus mahnını səsləndirəcək.


Arzu İsmayılova isə musiqisi Gövhər Həsənzadəyə məxsus "Bahar çiçəyi" mahnısı ilə çıxış edəcək.


Milli Seçim turunun yarımfinalının ikinci günü saat 21.00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə