Sietse Bekker: \"Bu ilki müsabiqənin loqosu \"Eurovision\" tarixindəki ən yaxşı qrafik loqolardan biridir\"
"Eurovision 2012-nin şüarı və loqosu çox gözəldir. Bu, insanı ilhamlandıran bir şüardır. Loqodakı od Azərbaycanla çox bağlıdır. Bu mənada şüarın odla əlaqəli olması məntiqlidir". SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, bunu açıqlamasında müsabiqənin təşkilati məsələlər üzrə rəhbəri (event supervisor) Sietse Bekker deyib.
Sietse Bekker bildirib ki, bu ilki müsabiqənin loqosu \"Eurovision\" tarixindəki ən yaxşı qrafik loqolardan biridir. "Od və alovun təcəssüm olunduğu loqonun Bakı şəhərinin bəzədilməsi zamanı, eləcə də televiziya həllini maraqla gözləyirəm. Düşünürəm ki, bu loqonun hər bir məqama uyğunluğu var və hər bir yerdə tətbiq oluna bilər"-deyə Sietse Bekker bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB