Azərbaycanın \"Eurovision- 2012\"nin təmsilçisinin seçilməsi üzrə keçirilən Milli Seçim turunun yarışma həftələri bu gün başa çatacaq. SİA-nın məlumatına görə, məhz bu gün İctimai TV-də Milli Seçimlərin sonuncu yarımfinalçısı seçiləcək.
Bundan sonra Milli Seçim həftələrinin qalibləri final mərhələsində mübarizə aparacaq. Yarımfinalın başlanma tarixi əvvəlcədən elan olunacaq.
Qeyd edək ki, İctimai Teleradionun efirində Milli Seçim həftəsinə ötən ilin noyabrın 28-də start verilib. Hər həftə seçimlərdə 9 ifaçı öz şousunu nümayiş etdirib. Tamaşaçı və münsiflər heyətinin səsverməsi nəticəsində hər həftədən bir ifaçı növbəti mərhələyə vəsiqə qazanıb. Artıq yarımfinal mərhələsinin 7 iştirakçısı məlumdur. Onlar Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı və Səbinə Babayevadır.
Sonuncu yarımfinalçının adı isə bu gün bəlli olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB