Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında üç tamaşanın məşqləri gedir. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bunlar "Don Juan və həndəsə", "Şekspir" və "Yaşlı xanımın gəlişi" tamaşalarıdır.
M. Frişin "Don Juan və ya həndəsəyə məhəbbət" əsəri əsasında hazırlanan "Don Juan və həndəsə" adlı tamaşanın məşqləri artıq yekunlaşmaq üzrədir. Tamaşanın quruluşçu rejissoru Gürcüstan Dövlət Akademik Dram Teatrının baş rejissoru Levan Tsuladzedir. Bu tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan "GUAM-ın teatr məkanı" layihəsinin tərkib hissəsidir.
Tamaşanın premyerası fevral ayının əvvəllərinə nəzərdə tutulub. Tamaşada xalq artisti Rafael Dadaşov (Don Qonsalo), əməkdar artistlər Əli Nur (Tenorio), Vəfa Rzayeva (Donna Elvira), Ayşad Məmmədov (Dieqo ata), aktyorlar Elşən Rüstəmov (Don Yuan), Nigar Güləhmədova (Miranda), İlahə Həsənova (Donna Anna), Elşən Cəbrayılov (Don Rodreqo), Şəlalə Şahvələdqızı (Selestina), Rövşən Kərimduxt (Don Baltasar Lores) və Aslan Şirinov (Lorerello) çıxış edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB