Tahir Məmmədov: “Heç kim \"Eurovision\" mahnı müsabiqəndə baş verən proseslərdən kənarda qalmayacaq”- MÜSAHİBƏ

Tahir Məmmədov: “Heç kim \"Eurovision\" mahnı müsabiqəndə baş verən proseslərdən kənarda qalmayacaq”- MÜSAHİBƏ

"Eurovision-2012" İşçi qrupunun piyar və kommunikasiya rəhbəri Tahir Məmmədovun SƏS TV-yə müsahibəsi:

- "Eurovision-2012"nin promo-video çarxlarının çəkilişləri üçün kastinqlərin keçirilməsində əsas məqsəd nədir?

- Məqsəd tanıtım video-çarxları üçün simaların sadə vətəndaşlar arasından seçilməsi və "Eurovision" Mahnı Müsabiqəsində hamının yaxından iştirakına imkan yaradılmasıdır. Bildiyimiz kimi, Azərbaycanda bu cür kütləvi seçim ilk dəfədir keçirilir. Müsabiqədə Azərbaycanı təmsil etmək üçün seçiləcək ifaçının tapılması məqsədi ilə həyata keçirilən mili seçim turu kimi bu layihə də çox şəffaf şəkildə təmin olunub. Şəffaflıqla yanaşı digər üstünlüyümüzdə var. Belə ki, hər bir azərbaycanlı istəyinə və arzusuna uyğun olaraq bu müsabiqəyə öz töhfəsini vermiş olacaq. Heç kim müsabiqənin keçirilməsindən, baş verən proseslərdən kənarda qalmayacaq. Göründüyü kimi seçimlərə çox kütləvi axın var. Bu da həm bizi, həm də vətəndaşları sevindirir. Bu da onların müsabiqə ilə bağlı təəssüratlarını daha da artırır. Azərbaycan olan peşəkar kastinq bazasına nəzər saldıq və peşəkar rejissor müşahidə etdilər ki, bütün bunlar kifayət etmir. Burada yeni simaların olması daha da maraqlıdır. Bununla da qərara aldıq ki, kütləvi kastinqlər keçirilsin.

- Bildiyimizə görə, kastinqlərdə iştirak etmək üçün heç bir məhdudiyyət yoxdur. Bəs, iştirakçıları hansı göstəricilərə görə seçəcəklər?

- Bəli, burada heç bir məhdudiyyət yoxdur. Yenə də qeyd edirəm ki, əsas isətiyimiz arzusu olan hər bir şəxsin bu kastinqlərdə iştirak etməsidir. Kriteriyalar isə yalnız rejissorların peşəkar baxışından formalaşacaq. Ən əsas isə kameranın gözü ilə kastinqə gələn şəxsin necə görünməsidir. Həm fotosessiya, həm də video çəkilişləri aparılır. Yekun olaraq isə bütün bu çəkilişlərə bir-bir baxılacaq. Baxış zamanı ən yaxşıları növbəti mərhələyə vəsiqə qazanacaq. Daha sonra isə daha ciddi seçim aparılacaq. Daha geniş heyətlə, hansı ki, bu sahəyə aidiyyatı olan mütəxəsislər tərəfindən seçim aparılacaq. Lazım olan simalar növbəti seçimlərə qatıla biləcəklər.

- Növbəti seçimlərin vaxtı məlum olub?

- Hələ ki növbəti seçimlərin vaxtı müəyyən olunmayıb və prosedura qaydaları açıqlanmayıb. İlk seçimdən kimlərin keçəcəyi məlum olmadığından dəqiq tarix demək olmur. Birinci mərhələdən sonra tarix bilinəcək.

- İştirakçı seçimü üçün təşkil olunan kastinqlərin bir gün keçirilməsi kifayətdir?

- Elanda bir gün müəyyən etmişik. İnsanların nə qədər gəlməsi və kastinqlərin gedişatına baxırıq. Əgər bu gün iştirakçıları seçmək üçün vaxt kifayət etməsə, o zaman təbii ki, sabaha kastinq öz işini yenidən davam etdirəcək.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə