Azərbaycan beynəlxalq film festivalında təmsil olunacaq

Azərbaycan beynəlxalq film festivalında təmsil olunacaq

mFevralda Almaniyanın paytaxtı Berlində 62-ci Beynəlxalq "Berlinale" film festivalı keçiriləcək. SİA-nın xəbərinə görə, fevralın 9-dan 19-dək davam edəcək festivalda Azərbaycanı Finlandiyada yaşayan həmyerlimiz prodüser Tahir Əliyev təmsil edəcək.

137 ölkənin 4300 namizədi arasından seçilən T.Əliyev festivalda prodüseri olduğu yeni "Woman on hold" ("Gözləyən qadın") filmi ilə iştirak edəcək. Film Finlandiyanın 1-ci və İspaniyanın "Chello Multi" telekanalları ilə birgə Zambiyanın paytaxtı Lusakada çəkilib. "Gözləyən qadın" filmi artıq ötən ildə Hollandiyada keçirilən Beynəlxalq Rotterdam və Amsterdam kinofestivallarının tammetrajlı bədii filmlər üzrə müsabiqə proqramında nümayiş olunub.
Qeyd edək ki, hazırda T.Əliyev bu il Bakıda keçiriləcək "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin təşkilat komitəsində nümayəndə meneceri və prodüser vəzifələrində çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə