Mirzə İbrahimovun anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib- FOTO

Mirzə İbrahimovun anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib- FOTO
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı, akademik Mirzə İbrahimovun anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev böyük yazıçının mənalı ömür yolu və zəngin yaradıcılığı haqqında ətraflı söz açıb: \"Müasir Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan M.İbrahimov XX əsr Azərbaycan tarixində yazıçı, alim, tənqidçi, publisist, tərcüməçi, ictimai və dövlət xadimi kimi tanınan görkəmli şəxsiyyətdir. O, gənc ədəbiyyatşünasların hazırlanmasına, yetişməsinə xeyli əmək sərf edib.


Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar və başqaları böyük yazıçının əsərlərindən və onun ədəbiyyatımızın inkişafı naminə gördüyü əvəzsiz işlərdən danışıblar.


Qeyd edək ki, teatrın foyesində görkəmli yazıçının kitablarından ibarət sərgi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə