\"Eurovision-2012\" mahnı müsabiqəsi üçün Milli seçim turunun ilkin dinləmələri artıq başlayıb
\"Eurovision-2012\" mahnı müsabiqəsi üçün Milli seçim turunun ilkin dinləmələri artıq başlayıb. SİA-nın məlumatına görə, sənədləri qəbul olunan 119 nəfər iştirakçı 3 qrupa bölünüb. Birinci qrupun iştirakçıları bu gün İctimai Televiziyada dinləmələrdən keçir.
Hər bir içtirakçı 2 mahnı ifa etməklə, səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcək. Dinləmələrdən keçən şəxslər Milli seçim turunun əsas mərhələsinə keçəcək və İctimai Televiziyanın canlı efirində yarışacaqlar.
Milli seçimin dinləmələrində münsiflər heyətində İctimai Televiziyanın aparıcıları, \"Eurovision\" mahnı müsabiqəsində şərhçilər Leyla Əliyeva, Hüsniyə Məhərrəmova, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Zəhra Bədəldəyli, müğənnilər Tünzalə Ağayeva və Natəvan Şeyxova təmsil olunur.
Qeyd edək ki, Milli seçimin dinləmələri noyabrın 5-də başa çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170

.jpg)


USD
EUR
GBP
RUB