Hər bir içtirakçı 2 mahnı ifa etməklə, səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcək. Dinləmələrdən keçən şəxslər Milli seçim turunun əsas mərhələsinə keçəcək və İctimai Televiziyanın canlı efirində yarışacaqlar.
Milli seçimin dinləmələrində münsiflər heyətində İctimai Televiziyanın aparıcıları, \"Eurovision\" mahnı müsabiqəsində şərhçilər Leyla Əliyeva, Hüsniyə Məhərrəmova, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Zəhra Bədəldəyli, müğənnilər Tünzalə Ağayeva və Natəvan Şeyxova təmsil olunur.
Qeyd edək ki, Milli seçimin dinləmələri noyabrın 5-də başa çatır.