“Xəcalət” tamaşası IV Beynəlxalq teatr festivalında nümayiş etdiriləcək
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları festival iştirakçılarına yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Xəcalət" pyesi əsasında səhnələşdirdikləri eyniadlı tamaşanı təqdim edəcəklər.
Pyesdə Qarabağla bağlı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması ön plana çəkilmişdir.
Ən mühümü odur ki, bu festivalda iştirak edən dövlətlərin bayraqları növbəti Beynəlxalq teatr festivalına kimi A.P.Çexov adına Yalta Teatrının binası üzərində dalğalanacaq.
Festival ərəfəsində, sentyabrın 13-də isə Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi Simferopol şəhərində Azərbaycan diasporunun nümayəndələri qarşısında "Xəcalət" tamaşasını göstərəcək.
Tamaşada baş rollarda xalq artistləri Ramiz Novruzov, Nurəddin Mehdixanlı, əməkdar artist Mətanət Atakişiyeva və başqaları iştirak edəcəklər. Tamaşanın rejissoru Bəhrəm Osmanovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB