Artıq 25 ölkə Bakıda keçiriləcək “Eurovision 2012”də iştirakını təsdiqləyib

Artıq 25 ölkə Bakıda keçiriləcək “Eurovision 2012”də iştirakını təsdiqləyib
Gələn il Bakıda keçiriləcək "Eurovision - 2012" mahnı müsabiqəsində iştirakını daha 2 ölkə təsdiq edib. SİA-nın məlumatına görə, daha iki ölkə Bakıda keçiriləcək "Eurovision - 2012" mahnı müsabiqəsində iştirak edəcək.

Bunlar San-Marino və 2011-ci ildən müsabiqəyə qayıdan, böyük beşliyə daxil olan İtaliyadır.

Beləliklə, müsabiqədə iştirak edəcək ölkələrin sayı artıq 25 oldu.

Bunlar Azərbaycan da daxil olmaqla, Almaniya, Avstriya, Belçika, Belarus, Çexiya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, İsveç, İsveçrə, İsrail, İtaliya, Kipr, Türkiyə, Gürcüstan, Macarıstan, Niderland, Norveç, Xorvatiya, Rumıniya, San-Marino, Slovakiya və Sloveniyadır.

Qeyd edək ki, 57-ci "Eurovision" mahnı müsabiqəsi Bakıda mayın 22-si, 24-ü və 26-sı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə