Azərbaycanın qeyri-maddi mədəni irs abidələrinin dövlət reyestri hazırlanır

Azərbaycanın qeyri-maddi mədəni irs abidələrinin dövlət reyestri hazırlanır

Azərbaycanın qeyri-maddi mədəni irs abidələrinin dövlət reyestri hazırlanır. SİA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət reyestri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanır.

Məqsəd diyarşünaslıq, folklor və sənətkarlıq üzrə qeyri-maddi mədəni irs abidələrinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına nail olmaqdır. Artıq ilkin mərhələ yekunlaşmaq üzrədir və hazırda siyahıya 4354 abidə daxil edilib.

Növbəti mərhələlərdə Müəllif Hüquqları Agentliyi ilə birlikdə Azərbaycanın qeyri-maddi mədəni irs abidələrinin elektron pasportlaşdırılması həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə