Emin Ağalarov Azərbaycanın \"Eurovision\" təmsilçiləri ilə konsert verəcək

Emin Ağalarov Azərbaycanın \"Eurovision\" təmsilçiləri ilə konsert verəcək

Rusiyada yaşayan azərbaycanlı biznesmen və müğənni Emin Ağalarov Bakıda Xəzər dənizi sahilində konsert verəcək. SİA-nın müğənninin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, konsert iyulun 9-da Nardarandakı "Sea Breeze Resort"da baş tutacaq.


Həmin gün Emin Azərbaycanı müxtəlif illərdə "Eurovision" mahnı yarışmasında təmsil edən ifaçılar - Aysel Teymurzadə, Səfurə Əlizadə və bu il Azərbaycana qələbə qazandıran Eldar Qasımov və Nigar Camal ilə birlikdə çıxış edəcək. Emin tamaşaçılar qarşısında yeni mahnılarını da oxuyacaq. Bu konsertlə sözügedən məkanda yay mövsümü açıq elan ediləcək.


Xatırladaq ki, Emin iyulun 7-də Yaşıl Teatrda solo-konsert verəcək. Həmin konsertdə müğənni yeni klipinin də təqdimatını keçirmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə