“Arşın mal alan” operası Belarus Dövlət Mükafatına təqdim olunub
Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operası Belarus dövlət mükafatına təqdim olunub. Bu barədə SİA-ya açıqlama verən Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev bildirib ki, mükafatın təqdimatı bu ilin sentyabrında olacaq.
Bu operanın 90 ölkədə səhnəyə qoyulduğunu və dörd film hazırlandığını söyləyən H. Quliyev "Arşın mal alan"ın 70-dən çox dilə tərcümə olunduğunu söyləyib.
Azərbaycanlı rejissor bu əsəri 6 ölkənin səhnəsində hazırlayıb və bu ölkələr arasında Belarus da var: "2010-cu ildə Minskdə tamaşa çox bəyənilmişdi. Hazırda bu tamaşa orada ən çox auditoriya yığan tamaşadır. Bu il Belarus dövlət mükafatına üç əsərin namizədliyi irəli sürülüb. Bu əsərlər arasında "Arşın mal alan" tamaşası da var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB