Bakı Musiqi Akademiyasının yaradılmasının 90 illiyinə həsr olunan konsert keçirilib
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yaradılmasının 90 illiyinə həsr olunan konsert keçirilib. SİA-nın məlumatına görə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutan konsertdə əməkdar incəsənət xadimi Elşad Bağırovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş proqramla çıxış edib.
Orkestrin solisti, xalq artisti Şükür Məmmədov klarnetdə V.A.Motsartın əsərini səsləndirib.
Tamaşaçılar konsertin proqramına daxil edilmiş C.Rossininin "Soroka-vorovka" operasından uvertüranı və D.Şostakoviçin 5-ci simfoniyasını maraqla qarşılamışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB