Vokalçımız Azərbaycanda yaşayan Rusiya ziyalıları qarşısında konsert proqramı ilə çıxış edib- FOTOSESSİYA

Vokalçımız Azərbaycanda yaşayan Rusiya ziyalıları qarşısında konsert proqramı ilə çıxış edib- FOTOSESSİYA

Gənc "Koroğlu"muz, vokalçı Ramil Qasımov Rusiyanın Respublika günü münasibəti ilə canlı konsert proqramı ilə Azərbaycanda yaşayan Rusiya ziyalıları qarşısında konsert proqramı ilə çıxış edib.

SİA-nın məlumatına görə, gecədə Bakı Musiqi Akademiyasının baş müəllimi Züleyxa Bayramovanın müşayiəti ilə, Ü.Hacıbəyli, T.Quliyev, A. Babayev, Z.Bağırovun mahnıları ilə yanaşı Avropa bəstəkarlarından - Raxmaninov, Çaykovski və s. bəstəkarların da klassik əsərləri səslənib.

Bundan başqa, xanəndə Oktay Hacıyev, tarzən Səməd Babayev, kamança ustası İsmayıl İsmayılovun müşayiəti ilə səslənən milli muğamımız da tamaşaçılar tərəfindən yüksək alqışlarla qarşılanıb.

Sonda Rusiya Səfirliyi tərəfindən Ramil Qasımov Fəxri Fərmanla təltif olunub.

\"\"

\"\"

\"\"\"\"

\"\"


Bütün xəbərlər Facebook səhifəmizdə