MTV Kino mükafatları Los Ancelesdə öz sahiblərinə təqdim olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "The Twilight Saga: Eclipse" 5 nominasiya üzrə gecənin qalibi olub.
Məşhur müğənni Castin Timberleykin Mila Kunisə elədiyi "təcavüz zarafatı" gecənin ən maraqlı məqamlarından biri olub. "Alatoranlıq\" filminin məşhur siması olan Robert Pattinsonun tərəf müqabili Taylor Lautner ilə öpüşdüyü məqam isə ən çox danışılan mövzu olub.
Gecənin qalibləri aşağıdakılardır:
Ən yaxşı film: "The Twilight Saga: Eclipse"
Ən yaxşı qadın obrazı: Kristen Stevart – "The Twilight Saga: Eclipse"
Ən yaxşı kişi obrazı: Robert Pattinson - \"The Twilight Saga: Eclipse\"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB