İçimizdəki xainlər. Təpəgözdən Cəmil Həsənliyə.

Azərbaycan torpağı hər zaman nər oğullar yetişdirib. Biz elə bu oğullar sayəsində bu vətəni yaşadırıq, qorumaqdayıq. Amma təəssüf ki, hər zaman sözünün daxilində kiçik bir istisna mövcuddur. Bu da bizim xalqın mərhəmətindən irəli gəlir. Bu mərhəmət sayəsində nər oğullar vətənində də sonradan gəlmə soysuzlar məskunlaşır. Bizim xalqın tolerant davranışından istifadə edərək yayxanan soysuzlar da islah olmaqdan qaçındılar. Yəni göstərdiyimiz dözümlülüyün onların islahı üçün deyil, rahatlığı üçün olduğunu düşündülər. Hətta bir müddət sonra bu tolerant davranışlarımıza vecsizlik adı verdilər.

Bir müddət sonra içimizdəki soysuzlar çöldəkilərlə birləşib, bizi dəfələrlə qırğına sürüklədilər. Eyni ilə dahi Nizaminin təsvir etdiyi kimi, dövlətin işlərini vəzirlərinə tapşıran padşah çəmənliklərin birində gəzintiyə çıxır. Görür ki, çoban öz köpəyini ayağından asıb döyür. Çoban isə öz əməlinə belə haqq qazandırır: “Padşah sağ olsun, məni bağışlayın, amma bu xain köpək qurd sürüləri ilə razılaşıb sürünü qırğına verir”. Bu hadisədən sonra padşah anlayır ki, vəzirləri ona xəyanət edə bilər. Digər tərəfdən isə xainin elə içimizdə olduğunu anlayır. Həmin xain ki, düşməni vətənimizə dəvət edib, daha sonra da alınan qəniməti yarıya bölürdülər.

Oğuz dastanlarında da olduğu kimi obaya gətirilən Təpəgöz, çörəyini yediyi əhalinin qatilinə çevrilir. Tək əsası isə iştahının böyük olması idi. Eyni ilə Nizaminin təsvir etdiyi döyülən köpəkdə olduğu kimi böyük bir iştah. Belə ki, içimizdəki xainlər və onların bitmək bilməyən iştahı bizim min illərdir dərdimizdir. Digər tərəfdən Dədə Qorqudun təsvir etdiyi xalq körpə Təpəgözü necə nəvazişlə bəsləyirdilərsə, biz də ərazimizə olan axınları həmin nəvazişlə qarşıladıq. Nəzərinizə çatdırım ki, Səfəvi şahları erməni tacirlərinə və köçkünlərinə hər cür şərait tanıyırdılar. Eyni ilə ondan daha əvvəl mövcud olmuş Ağqoyunlu və Qaraqoyunluda olduğu kimi. Eləcə də Cəlil Məmmədquluzadənin əsərlərində acgöz, tamahkar erməni obrazları görürük. Axı onlar haradan bilsin ki, bu xainlər içimizə nifaq toxumu səpəcək.

Ən acınacaqlısı isə odur ki, min il əvvəl olan dərdimiz hələ də var. Yəni biz erməni məsələsini həll etsək belə, gələcək nəsilin üstündə yenə də xainlərlə vuruşmaq kimi bir məsuliyyət qalır. Çünki bu nifaq toxumları hələ də qalmaqdadır.

Bu qisimə ən böyük nümunə isə bir zamanlar tarixçi professor olan Cəmil Həsənlidir. Belə ki, bu adam öz xainliyini tamamilə ortaya qoyaraq, milli maraqlarını pula satıb. Öz nitqində Qarabağ zəfərini bir cümlədə belə təqdir etməyən xain indi də Qarabağda abadlıq-quruculuq işlərinə qara yaxır. Bu “Müxalif fəal” digərləri kimi qərbi özünə məskən seçib, avazının çıxdığı qədər böhtanlar bağırır. Cəmil Həsənlini, Almaniyadakı həmkarı Qabil Məmmədovdan fərqləndirən tək nöqtə Cəmilin vulqar ifadələr işlətməməsidir. Beləliklə, bu xainlər bütün cəhətləri ilə eynidirlər. Acgöz, çığırağan, hürəyən və şərəfsizdirlər.

Maraqlıdır ki, görəsən tarix üzrə mütəxəssis, professor niyə bu yola düşüb. Görünür, ona erməni əxlaqsızlarının qayğısı şirin gəlib və təbii ki, ermənilərin əxlaqsızlıq şəbəkələrindən əldə etdiyi pullar. O, indi ermənilərin təşkil etdiyi pulun, rahatlığın və əxlaqsızlığın ağuşunda xumarlanır və arabir kameranın önünə keçərək məvacibinin haqqını verir, nəfəsinin çatdığı qədər hürür. Onun da səsinin tutulmasına çox az vaxt qaldığına ümid edirik. Xalqımıza isə növbəti xain axınına və nifaq toxumlarına qarşı diqqətli olmağı tövsiyə edirik.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə