Azərbaycan güclü ordusu, ədalətli hüquq sistemi ilə sülhün simvoluna çevrilib - Şamil Ayrım

Prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycan güclü ordusu, ədalətli hüquq sistemi ilə regionda sülhün və sabitliyin simvoluna çevrilib. SİA xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında türkiyəli deputat, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Türkiyə tərəfdən rəhbəri Şamil Ayrım deyib.

O deyib ki, bu gün biz Qarabağ zəfəri ilə taclanan böyük bir dövr yaşayırıq: Azərbaycan Vətən müharibəsi və antiterror tədbirləri ilə özünün konstitsion suverenliyini bərpa edib. Bu qələbə təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük bir zəfər bayramına çevrilib".

Şamil Ayrımın sözlərinə görə, Azərbaycanın bütün nailiyyətləri Türkiyədə böyük sevinc və minnətdarlıqla qarşılanır: "Türkiyə və Azərbaycan həmişə yan-yana, çiyin-çiyinə addımlayıb ki, bu proses bundan sonra da bu formada davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə