Yanacağın qiymətinin artmasından şou yaratmaq yersizdir

Bilirəm,bu yazıya görə məni qınayanlar da olacaq. Amma hər zamankı kimi, yenə kimin qınayıb qınamamasından asılı olmayaraq, necə düşünür, necə başa düşürəmsə, onu da yazıram.

Deməli belə, dünəndən sosial şəbəkələri benzinin və dizelin qiymətlərinin qaldırilması ilə bağlı mövzu zəbt edib. Əksəriyyət də bu addımı pisləyir, bəziləri hətta bunu az qala iqtidarın xalqa siytəmi(?) kimi təqdim etməyə çalışır. Təbii ki, hər bir vətəndaş kimi mən də bunun baş verməməsini istəyərdim. Ancaq bu baş veribsə, bundan siyasi maraqlar naminə faydalanmağa çalışanları görürəm və məni narahat edən də məsələnin məhz bu tərəfidir. Son iki ildə Azərbaycan dövlətinin cəmiyyətə təqdim etdiyi sosial paketlərə qayıtmağa lüzum gormürəm. Əmək haqlarının, pensiyaların, müavinətlərin artırılmasına dövlət budcədən üc milyarddan artıq əlavə vəsait ayırıb ki, bu da bəzi ölkələrin illik büdcəsinə bərabərdir. Dövlət koronovirusla mübarizəyə əlavə dord milyarddan çox vəsait xərcləməyə məcbur olub. Eyni məbləğdə vəsait 44 gunlük Vətən Müharibəsinə və tarixi qələbəyə xərclənib. Təkcə bu il Qarabağın yenidən qurulub dirçəldilməsinə iki milyarddan çox vəsait ayrilıb. Sadalamalı başqa faktlar da var, amma elə bunlarla kifayətlənib "benzin şöumenləri"nə bir sual vermək istəyirəm: Cəmi on milyon əhalisi olan hansı olkə bir ildə fors- major kimi məcbur olub bu qədər əlavə yukü daşıya və xalqın sosial durumunun pisləşməsinin də qarşısını ala bilərdi? Varsa belə bir ölkə, göstərin mənə. Yuz illərdi dunyanın kiçik dövlətlərini istismar edib qanlarını soran, büdcələrini dolduran imperialist güclər istisna olmaqla, belə bir dövlət yoxdu yer üzündə.

Nəzərə alsaq ki, əsas gəlir mənbəyimiz olan neftin qiyməti də son bir ildə xeyli ucuzlaşıb, durumu daha doğru-düzgün təsəvvür edə bilərik. Belədə, hər bir vətəndaşın dövlət xəzinəsinə dəstək verməli olduğunu insanlarımıza izah etmək və dövlətimizin iqtisadi gücünün zəifləməməsinə yardımçı olmaq kimi siyasi düşüncəni təbliğ etmək əvəzinə, əksinə, insanların narazilıq hissləridən faydalanıb, vəziyyəti daha da gərginləşdirmək cəhdi nə qədər vətənpərvərlik hesab edilə bilər? Muharibə aparan ölkalərdə aclıq, səfalət tüğyan edər, Azərbaycanda isə zəfərlə yekunlaşan müharibədə bunun cüzi də olsa əlamətini gormədik. Post muharibə dövründə də bunu görmürük. Bütün bunların müqabilində benzinin cəmi on, dizelin isə iyirmi qəpik həcmində artırılmasını faciə kimi təqdim etmək, hesab edirəm ki, dövlət və xalq sevgisindən daha çox siyasi maraqlara xidmət edən amildir. Onu da nəzərə alsaq ki, bu qiymət artımının həssas sahələrə təsir etməməsi üçün dövlət bütün lazımi addımları atır, o zaman bu qiymət artimina gorə dövlətə qarşı insanlarda mənfi munasibət formalasdırmaq istəyi yalnız ümumi işə zərər vura bilən ciddi siyasi yanlışlıqdır. Diqqəti savaş meydaninda dayansa da, siyasi və informasiya sahəsində hələ də davam edən müharibədən yayındırmağa yönləndirmək bu dövlətə sevgidənmi qaynaqlanır?

Məni bagışlayın, dostlar. Bu, qiymət artımından siyasi şou yaratmağa calışanlar, dolayısı ilə erməni dəyirmanına su tökürlər. Hər halda mən belə hesab edirəm. Haqlıyam, haqlı deyiləm, onu yaxın zamanda hər kəs görəcək!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə