Zaqatalada və Balakəndə qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə davam edir - FOTOLAR
Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planının icrası çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsinin əməkdaşları Zaqatala və Balakən rayonlarında sakinlərlə növbəti maarifləndirici görüşlər keçiriblər. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, görüşlər zamanı payız-qış mövsümündə zərərvericiyə qarşı aparılacaq mexaniki mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Zərərverici ilə mübarizədə mexaniki üsullardan geniş istifadə edildiyi qeyd olunub.
Bununla yanaşı, Mazımçay sərhəd-keçid məntəqəsində nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrinin dezinseksiya edilməsinin zərərvericinin uzaq məsafələrə yayılmasının qarşısının alınmasında mühüm rol oynadığı vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB