Mütəxəssislər qaraciyərə zərər verən 17 dərman müəyyən ediblər..

...Həkimlərin müxtəlif xəstəliklərin müalicəsi üçün təyin etdiyi dərmanlar qaraciyərin sağlamlığına mənfi təsir göstərə bilər.

SİA-nın məlumatına görə, Beynəlxalq alimlər qrupu dərmanları tədqiq edib və orqana zərər verən 17 dərman müəyyən edib.

Beynəlxalq ekspertlər qrupunun fikrincə, həkimlərin tez-tez təyin etdiyi 17 məşhur dərman qaraciyərin ciddi zədələnməsinə səbəb olur.

Ən təhlükəlilər siyahısına Metronidazol, Stavudin, Erlotinib, Lenalidomid, Talidomid, Xlorpromazin və İzoniazid daxildir. Onların istifadəsi kəskin qaraciyər çatışmazlığı səbəbindən 1739 xəstəxanaya yerləşdirilməsinə səbəb olub.

Alimlər qeyd ediblər ki, bu dərmanları həkim resepti olmadan qəbul etmək olmaz. Həkim dozanı diqqətlə seçməli və xəstənin qəbul etdiyi digər dərmanları nəzərə almalıdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə