Rusiyalı milyarder Deripaska rublu çökdürməyi təklif edib...

105 dollara qədər...

...Milyarder Oleq Deripaska hesab edir ki, rublun çökməsi Rusiya iqtisadiyyatını kəskin şəkildə gücləndirmək üçün lazımdır.

SİA-nın məlumatına görə, Telegram-da fikirlərini bildirən iş adamının sözlərinə görə, iqtisadiyyat üçün tələb olunan məzənnə 1 dollar üçün 105 rubl təşkil edir.

Deripaska hesab edir ki, zəif rublla, müharibənin başlanmasından və Qərbin sanksiyalarının tətbiqindən sonra Leonid Brejnev dövründə Sovet İttifaqı səviyyəsinə enən Rusiyanın avtomobil sənayesi yüksəlməyə başlayacaq.

...2024-cü ildə Rusiya yük maşınları və avtobuslar da daxil olmaqla cəmi 1,073 milyon avtomobil istehsal edib.

Eyni dövrdə Çində bu rəqəm 31 milyon olub.

2030-cu ilə qədər ekspertlər Çinin ildə 10 milyon avtomobil ixrac edəcəyini proqnozlaşdırırlar.

Rusiyada isə bu tendensiya əksinədir: təkcə 2025-ci ilin yanvar-avqust aylarında avtobus istehsalı demək olar ki, üçdə bir azalıb.

...Milyarderin sözlərinə görə, Çinin uğurunun sirri “çox sadədir”. "Çin yolu: uzunmüddətli kredit dərəcələri 4 faiz, məzənnə bir dollar üçün 105 rubl.

Və dörd ildən sonra 1,2 milyon yüksək maaşlı iş və əlavə 2 faiz illik ÜDM artımı olan bir sənayeyə sahib olacaqsınız.

Bunu Deripaska izah edb.

Alüminium nəhəngi “Rusal”la yanaşı, “QAZ Group”un sahibi olan iş adamının fikrincə, rublun çökməsi və ucuz kreditlər Rusiyaya təkcə ölkə daxilində deyil, həm də beynəlxalq aləmdə satılacaq avtomobillər istehsal etməyi öyrənməyə imkan verəcək.

Deripaska vəd edir ki, ixrac ildə 25 milyard dollar dəyərində 1 milyon avtomobilə çata bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə