İqtisadi yekunlar: Uğurlar və Prespektivlər

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı bir sıra məsələlərə toxunan ölkə başçısı bu ilin də tarixdə uğurlu il kimi qalacağını və son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslərin ölkəmizin dinamik inkişafını təmin etdiyini bildirdi.

Həm cənab Prezidentin qeyd etdiyi məsələlər, həm də iqtisadi statistik yekunlar 2014-cü ilin ilk 9 ayı Azərbaycanda makro-iqtisadi stabilliyin davam etdirilməsi, Azərbaycanın regionda mövqelərinin möhkəmləndirilməsi və o cümlədən sosil-iqtisadi islahatların davam etdirilməsi baxımdan yadda qaldı. Makro-iqtisadi stabillik özünü həm Ümumi Daxili Məhsulda (ÜDM), həm də qeyri-neft ÜDM-da artım tempinin qorunub saxlanmasında özünü göstərdi. Belə ki, Azərbaycan iqtisadiyyatı 2013-cü ildə daha uğurlu bir ili arxada qoydu. Ötən ilin iqtisadi nəticələri sadəcə makroiqtisadi göstəricilərlə müşahidə edilən artım deyildir. Bu, həm də ölkə iqtisadiyyatında dayanıqlı inkişafın qorunub saxlanılması və ümumi daxili məhsuldakı (ÜDM) artımın qeyri-neft sektorundakı inkişaf hesabına formalaşmasıdır. Belə vəziyyət ölkə iqtisadiyyatının neft sektorundan asılılığının aradan qaldırılmasından və dayanıqlı iqtisadi artım tempinin formalaşmasından xəbər verir.

Doqquz ayın yekunları göstərir ki, hökümətin 2014-cü ildə iqtisadiyyatın difersifikasiyası ilə bağlı hədəflərinə çatmaq mümkün olacaq. Doqquz ayda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru 6 faiz artıb. Düzdür, neftin bazar qiyməti düşüb, eyni zamanda Azərbaycanın neft hasilatında azalmalar baş verib, bu da ölkənin neft satışından əldə etdiyi gəlirlərə təsir edir. Lakin buna baxmayaraq, qeyri-neft sektorundakı artım tempi birmənalı şəkildə ümumi daxili məhsuldakı artım tempini qoruyub saxlamağa imkan verir. Yəni 2013-cü ildə 2010-cu illə müqayisədə neft sektorunda 8 milyon ton az neft hasil edilsə də, qeyri-neft sektorundakı 10 faizlik artım tempi ümumi daxili məhsuldakı artımın qorunub saxlanmasına şərait yaradıb.

ÜDM-dəki artımın lokomotivi qeyri-neft sektorudur

Ümumi daxili məhsuldakı artımın ən pozitiv tərəfi isə odur ki, bu artım qeyri-neft sektorunun hesabına formalaşıb. 2014-cü ildə büdcə gəlirlərində qeyri-neft sektorunun payının 25 faizdən 35 faizə qaldırılması, ümumi daxili məhsulda qeyri-neft sektorunun payının 56 faizdən 62 faizə yüksəldilməsi nəzərdə tutulub. Əslində, qeyri-neft sektorunda müşahidə edilən müsbət

tendensiyalar ilin sonuna qədər bu sektorda proqnozlaşdırılan 9 faizlik artıma imkan verəcək. Eyni zamanda iqtisadiyyatın difersifikasiyası üçün ciddi baza formalaşdıracaq.

Əhalinin gəlirləri inflyasiya səviyyəsini 3,6 dəfə üstələyir. Bu, əslində, əhalinin gəlirlərinin inflyasiya tərəfindən yeyilməməsi deməkdir. Ən qorxulu hal gəlirlərin artımı ilə paralel inflyasiyanın artımıdır. Sevindiricidir ki, Azərbaycanda belə tendensiya yoxdur. Gəlirlərin inflyasiyanı üstələməsi əhalinin gəlirlərini real xərcləməsinə imkan verir. Pul gəlirlərinin inflyasiyanı üstələməsi sosial vəziyyətin yaxşılaşması baxımından da əhəmiyyətlidir. Hərçənd, avqust ayında kənd təsərrüfatı məhsullarının bahalaşması baş verib. Amma iyul ayında əvvəlki aylara nisbətən qiymətlərin düşməsi 9 ayda inflyasiya səviyyəsinin aşağı qalmasına təsir edib.

Ötən müddətdə dövlət rezervlərinin də artımı pozitiv məqamlardan biridir. Buna uyğun olaraq rezervlərin xarici dövlət borcunu 8 dəfə üstələməsidir. Dünyanın az sayda ölkəsində belə rəqəmə rast gəlmək mümkündür. Bu ölkə iqtisadiyyatı üçün sığorta yastığının formalaşdırılması deməkdir. Nəzərə salsaq ki, xarici dövlət borcu 4,987.9 milyon manatdır, bu da Ümumi Daxili Məhsulun (ÜDM) 8.5 faizinə bərabərdir. Dövlət rezervləri isə Ümumi Daxili Məhsulun 70 faizinə çatır. Azərbaycan xarici borcların və dövlət rezervlərinin ÜDM-dəki payına görə MDB-də ən yaxşı göstəriciyə malikdir. Xarici borcun ÜDM-dəki payına görə Azərbaycana ən yaxın ölkə Özbəkistandır -14 faiz. Rusiyada göstərici 30, Gürcüstan, Ukraynada , Belarusiyada 50 faiz, Ermənistanda 63 faizdən artıqdır. Dövlət rezervlərinin payına görə, Azərbaycan yenə də MDB ölkələri arasında birincidir. Azərbaycana ən yaxın ölkə Rusiyadır. Digər dövlətlər dövlət rezervlərinin ÜDM-dəki payına görə xeyli geri qalırlar. Bütün bunlar imkan verir ki, Azərbaycan qlobal, regional iqtisadi böhranlardan özünü sığortalaya bilsin.

Daxili sərmayələr investisiya qoyuluşlarının 58 faizini təşkil edir. Bu sərmayə cəlbində xarici asılılığın aradan qaldırılmasına işarədir. Yaxın gələcək üçün əsas hədəf daxili investisiya qoyuluşlarının strukturunda dəyişikliyə, özəl sektorun payının artmasına nail olmaqdır. Özəl sektorun daxili investisiya qoyuluşlarında payının artması dayanıqlığa imkan verəcək.

Müstəqil enerji siyasəti: dayanıqlı dövlət gəlirləri

Bu müddətdə eyni zamanda enerji sektorunda sadəcə qlobal deyil, eyni zamanda dünya əhəmiyyətli layihələrin imzalanması ilə yadda qaldı. Belə ki, dekbarın 17-də Azərbaycan enerji sahəsində daha bir strateji layihəyə imza atdi. Dünya tarixində ən böyük sərmayə qoyuluşu olacaq bu anlaşma Azərbaycan mavi qazının Avropa bazarına birbaşa çıxarılmasını təmin edəcək. İlkin qiymətləndirmələrə görə, sərmayənin həcmi 45 milyard dollardan artıqdır. Bu məbləğin yarıdan çoxu Azərbaycanda investisiya ediləcək. Uzunluğu 870 kilometr olacaq Trans Adriatik Qaz Kəməri (TAP) Şahdəniz yatağının ikinci fazasının mavi qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 milyard ABŞ dollarına bərabərdir. TAP layihəsinin əsas mənbəyi "Şahdəniz"in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2018-ci ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq.

Bu anlaşma Azərbaycan üçün sadəcə iqtisadi mənfəət baxımdan deyil eyni zamanda strateji aspektdən də kifayət qədər əhəmiyyətlidir. Çünki, bu anlaşma Azərbaycanın dövlət gəlirlərinin uzun müddətli dövrdə və strateji olaraq təmin edilməsi baxımdan əhəmiyyətlidir. Belə ki, ilkin qiymətləndirmələrə əsasən, Azərbaycanın Şahdəniz yatağının birinci və ikinci fazasının işlənməsindən əldə etdiyi gəlirin həcmi 200 milyard dollara yaxın olacaqdır. Bu isə, dövlətin və eləcə də ölkə əhalisinin iqtisadi gəlirlərinin kəskin artırılması baxımdan ciddi maliyyə mənbəsinin yaranması deməkdir.

Eyni zamanda, Şahdəniz yatağının ikinci fazasının mavi qazınını Türkiyə və Avropa bazarına 2018-ci ildən başlayaraq daxil olacağını nəzərə aldıqda bu eyni zamanda Azərbaycan enerji resurslarının satışından əldə etdiyi gəlirlərinin də stabil olaraq tənzimlənməsinə imkan verəcəkdir. Mavi qaz satışından əldə edilən gəlirlərin stabil olaraq artması eyni zamanda Hasliatın Pay Bölgüsü üzrə neft ixracının mərhələli aşağı düşməsinin iqtisadiyyata hər hansı mənfi təsirlərinin qarşısını almış olacaq. Bu isə o deməkdir ki, bu anlaşma mərhələli olaraq Azərbaycan neft dövrün uzun müddətli qaz dövrü ilə əvəzlənməsi deməkdir.

Azərbaycan bu anlaşma ilə eyni zamanda müstəqilliyinin daimi təmin edilməsi üçün bir daha yeni zəmin formalaşdırdı. Bu addımla Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ciddi töhvə vermiş oldu. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 21 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 60 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, "Abşeron" yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq, bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan, 98 faiz asılı olan Macarıstan da TAP-dan yararlanan ölkələr olacaqlar. Ümumilikdə TAP Avropanın Mərkəzi Şərqində, eləcə də cənubi Avropada enerji təhlükəsizliyinin formalaşmasına ciddi müsbət təsir göstərəcək.

İqtisadi Diversifikasiya: uzunmüddətli uğurlu hədəfə doğru

Bu ilin 9 ayının yekunları eyni zamanda pozitiv proqnozlar verməyə imkan verir. Belə ki, 2014-cü ilin dövlət büdcəsi iqtisadiyyatın şaxələndirilməsi baxımından atılan ən ciddi addımlardandır. Bu ilin büdcəsində ilk dəfə olaraq neft gəlirləri 70 faizdən az olacaq. Büdcədə neft gəlirləri 65 faiz, qeyri-neft sektorundan gələn gəlir isə 30-35 faiz təşkil edəcək. Bu da neft ölkəsi üçün kifayət qədər ciddi rəqəmdir. Eyni zamanda, bu əsas iqtisadi göstərici kimi ÜDM-də də özünü göstərir. Belə ki, ÜDM-də qeyri-neft sektorunun payı ilk dəfədir ki, 60 faizdən çox olacaq. 2014-cü ildə qeyri-neft sektorunun ÜDM-də payı 61,5 faizdən çox olacaq. Bu, o deməkdir ki, ÜDM-də neft sektorunun payı 40 faizdən az olacaq, həm ÜDM-nin, həm də büdcənin strukturu baxımından Azərbaycan 2014-cü ilin büdcəsi ilə iqtisadiyyatın şaxələndirilməsi baxımından ciddi addımlar atacaq. Bu, iqtisadiyyatın şaxələndirilməsinin başlanması və büdcənin daha real olması deməkdir. 2014-cü ildə 2010-cu ildən başlanan qeyri-neft sektorundakı ikirəqəmli artım tempi qorunub saxlanılacaq və yeni ildə ölkədə qeyri-neft sektorundakı artım 10 faiz olacaq. Nəzərə alsaq ki, ÜDM-nin artımı 5 faiz olacaq, bu o deməkdir ki, ÜDM-dəki artım daha çox

qeyri-neft sektorunun payına düşəcək. 2010-cu ildən götürülən siyasət, yəni, qeyri-neft sektorunun artımı siyasəti həm büdcədə, həm də makroiqtisadi göstəricilərdə özünü bariz şəkildə ifadə edəcək. Dövlət büdcəsinin gəlirlər hissəsinin strukturunda diqqət çəkən başqa bir məqam ondan ibarətdir ki, artıq vergidən gələn gəlirlərdə artım var. 6 faiz bənd vergi gəlirlərinin payına düşür. Bir tərəfdən, Dövlət Neft Fondu tərəfindən ciddi azalma var, təbii ki, yerli ekspertlər də bu azalmaların tərəfdarıdır. Digər məqam odur ki, vergili daxilolmalar artır. Bu daxilolmaların 11 faiz artması dövlət büdcəsi strukturunda kifayət qədər müsbət dəyişikliklər baş verməsi anlamına gəlir. Dövlət büdcəsinin gəlir hissəsi vergili gəlir hesabına formalaşır. Bunun ümumilikdə payı dövlət büdcəsinin strukturunda 40 faizədək yüksələcək. Bu, o deməkdir ki, artıq hər 100 manatdan 40 manatı birbaşa vergilərin payına düşür. Bu da büdcə gəlirlərinin dayanıqlığı baxımından olduqca vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə