...Britaniyalı musiqiçi Ed Şiran səhnədən müvəqqəti olaraq təqaüdə çıxdığını açıqlayıb.
SİA xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb. Arizona ştatının Qlendeyl şəhərində keçirilən konsert zamanı o, ailəsinə qayğı göstərmək üçün karyerasına fasilə verdiyini bildirib.
…Bu, səhnədə sonuncu dəfəyəm. Yəqin ki, bu turdan sonra fasilə verib atalıq edəcəm, - deyə o, dəyişmiş prioritetlərə istinad edərək bildirib.
Şiranın orta məktəb sevgilisi Çerri Siborndan bir oğlu və bir qızı var.
Nəşr iddia edir ki, musiqiçi 2026-cı ilin yanvar ayında Yeni Zelandiyaya turnesinə başlayandan bəri ailəsini görməyib. Spotify-a görə, Ed Şiranın təxminən 86 milyon auditoriyası var.
Onun ən məşhur mahnısı olan "Shape of You" təxminən 5 milyard dəfə yayımlanıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB