Avropa Parlamentinin sədri Martin Şultsun bütün əndazələri aşaraq yenidən Azərbaycana qarşı amiranə tonda fikirlər səsləndirməsi, tələblər irəli sürməsi həm də belə qənaətə gəlməyə əsas verir ki, əslində bu kimi bəyanatlar sırasında heç bir siyasi səmimiyyət görünmür. Daha dəqiq desək, bu avropalının Leyla Yunus amili ətrafında bu qədər var-gəl etməsi, öz "narahatçılığını" ifadə etməsi arxasında bir sıra görünməyən məqamlar var.
"Əbəs yerə deyil ki, Şults Avropa Parlamentinə məhz erməni lobbisinin siyasi korrupsiya dəstəyi sayəsində ikinci dəfə sədr seçilib"
Həmin məqamlardan biri Martin Şultsun Avropa Parlamentinin (AP) Sosialistlər fraksiyasının lideri kimi bu yay yenidən AP-nin sədri seçilməsi məsələsidir. Belə ki, onun namizədliyini AP-nin Strasburqdakı birinci sessiyasında parlament üzvlərinin əksəriyyəti dəstəkləmişdi. Onu dəstəkləyən avroparlament deputatlarının bir çoxu isə bilavasitə Azərbaycana qarşı qərəzli mövqe bildirənlər olub. Daha dəqiq desək, "siyasi məhbus" məsələsində Azərbaycan hakimiyyətinə qarşı bəyanatların verilməsində Martin Şultsa dəstək verənlərin əksər çoxğluğu onun ikinci dəfə sədr seçilməsini istəyənlər olub.
O da sirr deyil ki, bu gün Avropada fəaliyyət göstərən və erməni lobbisinin xüsusi dəstəyini görən avroparlament deputatlarının çoxu Martin Şults başda olmaqla, siyasi korrupsiyaya bulaşmış şəxslərdirlər. Və əbəs yerə deyil ki, Şults Avropa Parlamentinə məhz erməni lobbisinin siyasi korrupsiya dəstəyi sayəsində ikinci dəfə sədr seçilib.
Bütün bunların təhlil edərkən, Avropa Parlamenti sədrinin Leyla Yunus ətrafında Azərbaycan hakimiyyətinə qarşı qərəzli mövqe sərgiləməsi arxasında dayanan məqamlar üzə çıxmağa başlayır.
Azərbaycana qarşı qərəz mövqeyinin sərgiləməsində Leyla Yunus ona ən böyük dəstəkçilərdən biri olub
Belə ki, Leyla Yunusun "hüquq müdafiəçisi" adı altında, o cümlədən, "xalq diplomatiyası" simulyasiyaları arxasında hansı məqsədlər güdməsi kimsəyə sirr deyil. Leyla Yunusun daim erməni siyasi mənbələrindən yararlanaraq Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyəti, o cümlədən, erməni xüsusi xidmət orqanlarına məlumatlar ötürməsi, nəticədə Azərbaycan qanunları qarşısında istintaqa cəlb edilməsi Martin Şulltsu narahat etməyə başlayıb. Çünki Azərbaycana qarşı qərəz mövqeyinin sərgiləməsində Leyla Yunus ona ən böyük dəstəkçilərdən biri olub. Bu baxımdan, o avroparlamentin növbəti toplantısında məlum bəyanatını səsləndirib.
Bu arada, sözügedən məsələdən sonra Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin rəsmi açıqlaması da ciddi və haqlı nüansları ortaya çıxarır. Hikmət Hacıyev Avropa Parlamentinin prezidenti Martin Şultsun Avropa Parlamentinin noyabrın 26-da Strasburqda keçirilmiş plenar iclasında Azərbaycan ilə əlaqədar səsləndirdiyi fikirlərinə dair şərh verərkən bildirib ki, Avropa Parlamenti prezidentinin çıxışında Azərbaycana aid olan məqamlar təəssüf və narazılıq doğurur. Sitat: "Barəsində danışılan şəxs - Leyla Yunusova digər ittihamlarla bərabər, ən ağır cinayətlərdən hesab olunan vətənə xəyanətdə ittiham olunur və onun işi ilə əlaqədar istintaq davam edir. İstintaqın işinə müdaxilə qanunun aliliyinin pozulmasıdır".
Hikmət Hcıyev: "Avropa Parlamentin bilavasitə mandatına aid olan Avropa İttifaqı üzv ölkələrində insan hüquqları ilə əlaqədar kifayət qədər problemlər vardır"
XİN rəsmisinin sözlərinə görə, Martin Şultş tərəfindən səsləndirilmiş Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri məsələsinə gəldikdə isə Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar ölkəmizin müvafiq dövlət qurumlarına heç bir rəsmi müraciət daxil olmayıb. Martin Şults tərəfindən bu məsələnin təhrif olunmuş formada təqdim olunması isə təəssüf doğurur.
Hikmət Hacıyev qeyd edib ki, Avropa Parlamentin bilavasitə mandatına aid olan Avropa İttifaqı üzv ölkələrində insan hüquqları ilə əlaqədar kifayət qədər problemlər vardır: "İslamofobiya, anti-semitizm və ayrı-seçkilik meyllərinin artması, polis zorakılığı, əmək münasibətləri və miqrantların hüquqlarının pozulması bu sıradandır".
XİN sözücüsü daha bir arqumentli fikir ortaya qoyaraq vurğulayıb ki, əgər Martin Şults bu qədər hunmanizm və ədalət tərəfdarıdırsa, bu zaman "demokratiyanın beşiyi" sayılan ABŞ-da, Avropa ölkələrində baş verən irqçilik məsələlərinə, polis zorakılığına qarşı da etitza bəyanatları səsləndirməlidir: "Martin Şultşun bu problemlərə və eləcə də Fergüsson hadisələrinə, Brüsseldə və digər Avropa ölkələrində polis zorakılığına və qeyri-proporsional gücdən istifadə hallarına da yetərincə diqqət ayırması daha təqdirəlayiq olardı".
Novruz Məmmədov: "Cənab Şults öz təqdimatını insan hüquqları ilə əlaqələndirərək özünü bu hüquqların müdafiəçisi kimi göstərməyə çalışır"
Prezidenti Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da Martin Şultsun səsləndirdiyi fikirlərə münasibət bildirib və onu fürsətcillikdə qınayıb: "Cənab Şults Azərbaycanla bağlı neqativ mövqe bildirmək üçün sanki fürsət axtarır və onu da deyək ki, heç vaxt fürsəti əldən vermir. Biz bunun dəfələrlə şahidi olmuşuq. İkincisi isə cənab Şults öz təqdimatını insan hüquqları ilə əlaqələndirərək özünü bu hüquqların müdafiəçisi kimi göstərməyə çalışır. Guya günahsız insanları müdafiə etməklə məşğuldur. Üçüncüsü isə o, beynəlxalq ictimaiyyətə özü bilə-bilə düzgün məlumat vermir, çaşdırır, yanlış mövqe formalaşdırır"- deyə Novruz Məmmədov bildirib.
Göründüyü kimi, demək belə hesab etmək mümkündür ki, bu gün "demokratik" Qərbdə demokratiya mühitinin pozulduğu bir dövrdə avropalı siyasət başbilənlrinin məhz Azərbaycana qarşı ədalətsiz mövqe bildirmələri, onların bu kimi münasibətlərinin isə sapı özümüzdən olan baltalar tərəfindən az qala bayram əhval-ruhiyyəsi kimi qəbul etmələri arxasında erməni lobbisinin dayanması şübhəsizdir. Bu faktor isə dəfələrlə qənaətə gəlməyə zəmin yaradır ki, istər Martin Şults olsun, istərsə də onun kimi digərləri olsun, onların hər biri siyasi korrupsiyaya bulaşmış "siyasətçilər" olmaqla, bilavasitə erməniçilik maraqlarından çıxış edirlər. Belə olan təqdirdə isə Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş bu addımlar ölkəmizin sağlam düşüncəli cəmiyyəti, ictimai rəyi tərəfindən qınanılmaqla yanaşı, həm də ciddi qəbul edilmir. Daha dəqiqi, qeyri-ciddi, qərəz xarakterli bəyanatların Azərbaycanda mövcud olan demokratiyaya heç bir təsiri ola bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB