S-400 komponentlərinin Türkiyəyə tədarükü davam edir

S-400 hava müdafiə sisteminin komponentlərini gətirən on dördüncü təyyarə Ankara yaxınlığındakı Mürtəd hava bazasına eniş edib. SİA "Anadolu"ya istinadən xəbər verir ki, bu məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata əsasən, Rusiya istehsalı müdafiə sistemlərinin çatdırılması planlaşdırılmış cədvələ uyğun olaraq davam edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə