Xəlifə Xaftarın Liviya Milli Ordusu (LMO) Tripolidən cənubdakı Əl-Əzizi şəhəri istiqamətində irəliləyib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə LMO-nun 155-ci piyada taborundan məlumat verilib. Piyada taborundan gələn son xəbərlərə görə, hərbi əməliyyatlar və düşmən qüvvələrinin təqibi davam etdirilir.

Qeyd edək ki, Liviya Milli Ordusunun (LMO) komandanı marşal Xəlifə Xaftar aprelin 4-də öz qvvələrinə “Tripoliyə hücum” əmrini verib. Xaftar ordusu Liviyanın paytaxtından cənubda yerləşən Qaryan və Surman şəhərlərində hakimiyyəti ələ keçirib.

Həmçinin bildirək ki, 2011-ci ildə Liviya lideri Muammər Qəddafi devrilərək qətlə yetirildikdən sonra bu ölkə hərbi-siyasi böhran burulğanından yaxa qurtara bilmir. Hal-hazırda ölkədə ikihakimiyyətlilik hökm sürür.

Ölkənin şərqində xalq parlamenti, qərbində və mərkəzdə isə Fəyyaz Sərracın milli barışıq hökuməti fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə