Çinin “Bir kəmər, bir yol” ölkələri ilə ticarəti 6 trilyon dolları ötüb

Çinin “Bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi ölkələrlə 2013-2018-ci illər üçün ticarət dövriyyəsinin ümumi məbləği 6 trilyon ABŞ dollarını ötüb. SİA xəbər verir ki, bu barədə Çinin Kommersiya Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Çinin “Bir kəmər, bir yol” ölkələri ilə ticarət dövriyyəsində artım illik orta hesabla 4 faiz təşkil edib. Strategiyanın elan edildiyi 2013-cü ildən ötən ilin sonunadək Çin şirkətləri “Bir kəmər, bir yol” ölkələrinə 90 milyard dollar birbaşa sərmayə yatırıb.

Qeyd edək ki, aprelin 25-27-də Pekində “Bir kəmər, bir yol” strategiyası çərçivəsində dövlət və hökumət başçılarının, digər dövlət rəsmilərinin iştirakı ilə ikinci beynəlxalq əməkdaşlıq forumu keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə