ABŞ prezidenti Donald Tramp fevral ayının sonunda Şimali Koreya lideri Kim Çen Inla görüşəcək. SİA "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi Sara Sanders Trampın Şimali Koreya İşçi Partiyasının sədri Kim Yonq-Çolla danışıqlarının nəticələri barədə məlumat verərkən deyib.

"Prezident Tramp, Kim Yonq-Çolla bir saat yarım danışıqlar aparıb, görüş fevralın sonuna təyin edilib. Prezident Kim Çen Inla görüşü səbirsizliklə gözləyir", Sanders qeyd edib.

Sözçü bildirib ki, sammitin yeri daha sonra açıqlanacaq.

Birləşmiş Ştatların və KXDR liderlərinin ilk toplantısı 2018-ci il iyunun 12-də Sinqapurda keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə