Ukrayna Türkiyədən 12 pilotsuz uçuş aparatı alacaq

Ukrayna Prezidenti Petro Poroşenko Türkiyədən 12 pilotsuz uçuş aparatı (PUA) alınması haqqında sazişi imzalayıb. Bu barədə Anadolu agentliyi məlumat yayıb.

"Prezident Rəcəb Tayyib Ərdoğanla razılaşdığımız kimi, Ukrayna ordusu üçün Türkiyənin Bayraktar TV2 pilotsuz uçuş aparatlarının satın alınmasına dair saziş imzalanıb”, - Poroşenko şənbə günü özünün Facebook səhifəsində belə yazıb. Dövlət başçısının sözlərinə görə, bu müqavilə Ukrayna və Türkiyə arasında hərbi-texniki əməkdaşlıq üzrə tədbirlərin bir hissəsidir.

Bayraktar TV2 Türkiyənin özəl kompaniyaları tərəfindən işlənib hazırlanmış kəşfiyyat uçuş aparatıdır. Türk proqram və elektron təminatı ilə təchiz olunmuş PUA-nın maksimal uçuş kütləsi 650 kiloqram təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...