ABŞ dövlət katibi Türkiyəyə səfər edəcək

ABŞ dövlət katibi Mayk Pompeo Türkiyəyə səfər edəcək. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Pompeoun səfəri oktyabrın 17-ə planlaşdırılıb.

O, səfər zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək. Hələlik səfərin proqramı açıqlanmayıb.

Qeyd edilib ki, Türkiyə səfərindən əvvəl Pompeo jurnalist Camal Kaşoqinin itkin düşməsi ilə əlaqədar Səudiyyə Ərəbistanında danışıqlar aparacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə