“Rosatom” iki ölkədə nüvə reaktoru quracaq

Rusiyanın “Rosatom” Dövlət Korporasiyası Çin və Misirdəki atom elektrik stansiyaları (AES) üçün nüvə reaktoru quracaq. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Rosatom”un baş icraçı direktoru Aleksey Lixaçov deyib.

O bildirib ki, “Rosatom” 2027-2028-ci illərdə Çindəki Xudabao AES-də üçüncü və dördüncü modulları istifadəyə verəcək. “Rosatom” AES-də iki “VVER-1200” tipli reaktor quracaq.

“Həmçinin, “Rosatom” 2020-ci ilin yayında Misirdəki Dabaa AES-də ilk modulun tikintisinə başlayacaq. Həmin AES-də 4 ədəd “VVER-1200” tipli reaktor qurulacaq. “Rosatom” 2026-cı ildə zavodun ilk fazasını istifadəyə verməyi planlaşdırır”, - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...