Polşa Rusiya ilə sərhədlərini möhkəmləndirir

Polşanın Rusiya ilə sərhəddində yeni sərhəd zastavası tikiləcək. SİA xəbər verir ki, bu barədə İTAR TASS agentliyi xəbər verir.

Yeni sərhəd zastavasının tikintisində ilk daşı qoymaq üçün ölkə administrasiyasının və daxili işlər nazirliyinin müavini Yaroslav Zelinski iştirak edib.

Onun sözlərinə görə, yeni obyekt Avropa sərhədlərinin təhlükəsizliyini möhkəmləndirəcək. Belə ki, həmin zastava strateji yerdə yerləşir və Litva ilə yanaşı, Rusiya sərhədləri ilə də kəsişir. “Bura Polşa eləcə də Avropa İttifaqı sərhədlərinin qorunma nöqtəsidir və bu sərhədlərin qorunması bir nömrəli əhəmiyyət daşıyır”, polşalı nazir müavini bildirib.

Qeyd olunur ki, Polşanın Dibeninki yaşayış məntəqəsində sərhəd zastavasının tam istifadəyə verilməsi 2019-cu ilə planlaşdırılır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə