Afrində 1715 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində ümumilikdə 1715 terrorçu zərərsizləşdirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təkcə son sutka ərzində İŞİD, PYD və YPG terror qruplaşmaslarının 74 üzvü məhv edilib. Bundan başqa, əməliyyat müddətində ümumilikdə 75 yaşayış məntəqəsinin terrorçulardan azad edildiyi bildirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə