Odessada atışma olub, bir nəfər ölüb

Ukraynanın Odessa şəhərinin mərkəzində atışma baş verib, hücum edən şəxs ölüb. APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir neçə polisin yaralandığı bildirilir. Odessa vilayətinin Milli Polis Şöbəsinin baş idarəsindən bildiriblər ki, atışma bu gün səhər saatlarında baş verib.

“112 Ukrayna”nın verdiyi məlumata əsasən polisin Primorsk rayon üzrə sahə müfəttişinin iştirakı ilə əməliyyatçılar uzun illər axtarışda olan cinayətkarın gizləndiyi evə gəliblər. Lakin o, odlu silahla müqavimət göstərib və sahə müvəkkilini yaralayıb. Polis əməkdaşları silaha əl atıblar və hadisəni törədən şəxs ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə