Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert təşkil olunub - FOTOLAR

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Bağı - Park Bulvarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə geniş rayon ictimaiyyətinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub. SİA xəbər verir ki, konsertdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.

Konsert proqramında beynəlxalq müsabiqələrin laureatı, Prezident mükafatçısı Mustafa Mehmandarovun dirijorluğu ilə "SCORRENDO" orkestrinin müşayiətində dahi bəstəkarlar Üzeyir Hacıbəyli, Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayevin əsərləri, Xalq artistləri Samir Cəfərov və Fidan Hacıyeva, Əməkdar artist Arzu Əliyeva, Prezident mükafatçısı Atəş Qarayev tərəfindən Ulu Öndərin sevdiyi xalq mahnıları, dünya klassik musiqisindən nümunələr səsləndirilib.

Böyük rəğbətlə qarşılanan konsert proqramı alqış sədaları altında, Samir Cəfərovun ifasında Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə yekunlaşıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə