Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Bolqarıstan Avropada ölkəmizə dost, ən etibarlı tərəfdaş ölkələrdən biridir. Azərbaycanla Bolqarıstan arasında 2015-ci ildə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmış və ötən dövrdə iki dövlət arasında əlaqələr uğurla inkişaf etmişdir. Dövlətlər arasında fəal siyası əlaqələr mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev arasında şəxsi dostluq ölkələr arasında da dostluq əlaqələrinin möhkəmləndirilməsinə böyük töhfə verir.

8 may tarixində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfərə gəlməsi Azərbaycanla Bolqarıstan arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsinə zəmin yaratdı. Prezident İlham Əliyev Bolqarıstan Prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış etdi. Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə dair Bəyannamənin imzalanması əlaqələri daha yüksək səviyyəyə çatdıracaq. Son dövr Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artmışdır. Ticarət dövriyyəsinin əsasını enerji sahəsində əməkdaşlıq təşkil edir. Azərbaycan Bolqarıstanın əsas qaz ixracatsızıdır və bu ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan Bolqarıstanın qaz istehlakının 50%-ni təmin edir. Azərbaycan qazının Avropaya ixracında Bolqarıstan tranzit ölkəyə çevrilmişdir. Bolqarıstan ərazisindən keçən Azərbaycan qazı digər Avropa dövlətlərinə də ixrac edilir və hər il bu dövlətlərin sayı artmaqdadır. Yaxın vaxtlarda Azərbaycanda istehsal ediləcək yaşıl enerji də Bolqarıstana ixrac ediləcək.

Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin bir seqmenti olaraq Şərqdən Qərbə və əks istiqamətdə yük daşımalarına böyük töhfə verir. Dəmir yolunun Azərbaycan dövlətinin sərmayəsi ilə modernləşdirilməsi nəticəsində yükdaşımaların həcmi hər il artmaqdadır. Bu gün bir çox dövlətlər bu marşrut xətti ilə yükdaşımalarını həyata keçirir. Azərbaycanla Bolqarıstan arasında nəqliyyat sahəsində də əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində mühüm işlər aparılır. yap.az

Bütün xəbərlər Facebook səhifəmizdə