Qara görə 400 reys təxirə düşdü

Kanadanın Toronto şəhərində yerləşən hava limanında güclü qar nəticəsində 400-dən çox reys təxirə salınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan öncə ölkənin televiziya kanalı 200-dən çox uçuşun ləğvi və ya təxirə salındığını açıqlamışdı.

Kanalın verdiyi məlumata görə, Leicester B. Pearson adına Toronto Beynəlxalq Hava Limanı sərnişinlərə müraciət edərək bildirib ki əlverişsiz hava şəraiti uçuşlara təsir edə bilər. Bu baxımdan hava limanına gəlməmişdən öncə uçuş statuslarınızı yoxlayın.

Qeyd edək ki, güclü qar ötən gündən Kanadanın Ottova şəhərinə də təsir edib. Ottovada da bir neçə reys təxirə salınıb. Şəhərdə nəqliyyatın hərəkəti ləğv edilib. Qar çox sayda yol qəzasına səbəb olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə