“Boeing” iki model təyyarədə yararsız detallar aşkar edib

“Boeing” kompaniyası 737NG və 737 MAX modellərində normalara cavab verməyən detallar aşkar edib və onlar yaxın 10 gün ərzində dəyişdiriləcək.

“Boeing” Federal Aviasiya idarəsini (FAİ) məlumatlandırıb ki, həmin detallar tələblərə uyğun istehsal olunmayıb.

FAİ ilə aparılmış birgə işin nəticəsi olaraq gəlinmiş ümumi qənaətə görə, bu siyahıya 148 detal düşür ki, onlar da ikinci növ podratçılar tərəfindən istehsal olunan detallardır. Kompaniya bu elementlərin istifadə olunduğu təyyarələrin siyahısını hazırlayıb.

Normalara cavab verməyən detalların vaxtından əvvəl sıradan çıxma ehtimalı böyükdür.

Qeyd edək ki, ABŞ-da 737MAX model “Boeing” təyyarələrində uçuşlar bu tip iki təyyarənin qəzaya uğramasından sonra dayandırılıb.

Martda “Efiopiya Hava Yolları”na məxsus təyyarənin bu ölkənin Debre-Zert şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 157 nəfər həlak olub. 2018-ci ilin noyabr ayında isə İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus təyyarə qəzaya uğrayıb. Faciələrdən sonra təxminən 20 ölkə öz ərazisini bu model təyyarələrin uçuşu üçün bağlı elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...