“WhatsApp” messencerinin təhlükəli zəif nöqtəsi aşkarlanıb

“Check Point Research” tədqiqat kompaniyasının mütəxəssisləri “WhatsApp” messencerinin təhlükəli zəif nöqtəsini aşkar edib. Onun vasitəsi ilə məlumatların mətnini dəyişmək olur. SİA RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, servisin təhlükəsizlik sistemindəki boşluq hakerlərə həm istifadəçilərin şəxsi yazışmalarında, həm də qrup çatlarında məlumatlarla manipulyasiya etməyə imkan verir.

Bu, “WhatsApp”ın mobil və veb-versiyalarında məlumatları sinxronlaşdırmaq üçün nəzərdə tutulan alətlərdəki zəif nöqtə sayəsində mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə