Azərbaycan Voleybol Federasiyası baş məşqçi ilə yollarını ayırıb

Cari ilin mayında ölkəmizə dəvət olunmuş və qadın voleybolçular arasında milli komandamızın baş məşqçisi təyin edilmiş Covanni Kaprara ilə bağlanan müqavilə sentyabrda Avropa çempionatından sonra başa çatıb. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Voleybol Federasiyasının açıqlamasında qeyd olunub.

C.Kaprara milli komandamızın baş məşqçisi kimi Qızıl Avropa Liqasında, 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində və Avropa çempionatında çıxış edib. Yanvarda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində çıxış edəcək milli komandamızın baş məşqçisinin kim olacağı isə Azərbaycan Voleybol Federasiyası tərəfindən yaxın zamanda açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...