"Bavariya"nın müdafiəçisi Mats Hummels Dortmund "Borussiya"sına keçməyə yaxındır.

SİA-nın "Bild" nəşrinə istinadən yaydığı xəbərə görə, Münhen klubu 30 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfin təklifini qəbul edib. "Borussiya"nın sabiq oyunçusuna görə 20 milyon avro təzminat ödəyəcəyi bildirilir. Almaniya millisinin üzvünün köhnə-yeni klubunda illik gəliri isə 10 milyon avro olacaq.

Qeyd edək ki, Hummels "Bavariya"ya 2016-cı ilin yayında "Borussiya"dan 35 milyon avro qarşılığında keçmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...