Futbolçu hakimə fiziki təzyiq göstərdiyinə görə cəzalandı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırır:

13 yanvar 2019-cu il, futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin “Standard” – “Star Karqo” matçının 30-cu dəqiqəsində “Standard” klubunun 9 №-li futbolçusu Samir Həsənov aqressiv davranış, hakimi təhqir, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 12 ay müddətinə yarışlardan kənarlaşdırılır (maddə 38.7) (maddə 42.4).

Oyunun 38-ci dəqiqəsində “Star Karqo” klubunun 4 №-li futbolçusu Mahmud Novruzov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.2).

8 dekabr 2018-ci il, U-13 Qızlar Liqasının UGİM (Şəki) – UGİM (Qax) matçında UGİM (Şəki) komandası oyunun 15-ci dəqiqəsində meydanı özbaşına tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

22 dekabr 2018-ci il, U-13 Qızlar Liqasının, “Qabaqçöl” (Balakən) – UGİM (Qax) matçında “Qabaqçöl” (Balakən) komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

Bütün xəbərlər Facebook səhifəmizdə