Tərlan Əhmədov: "Mümkünsüz heç nə yoxdur" - MÜSAHİBƏ

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib. SİA-nın məlumatına görə, paytaxt klubunun çalışdırıcısı 0:1 hesabı ilə uduzduqları matçla bağlı bunları söyləyib:

- Ötən oyunda bəzi səhvlərə yol vermişdik. Ona görə bu gün kompakt oynayaraq, rəqibi əks-hücumda yaxalamağa çalışdıq. Belə oyunda futbolçular diqqətli olmalıdılar. Bir səhv matçın nəticəsini həll etdi. Qarşıda cavab oyunu var. Cütün taleyi dekabrın 20-də həll olunacaq. Daha diqqətli oyun sərgiləməyə çalışacağıq.

- Rəqibin "Qarabağ" olduğunu nəzərə alsaq, bu məğlubiyyətin əvəzini cavab görüşündə çıxmaq mümkündür?
- Mümkünsüz heç nə yoxdur. 0:1 hesabı ilə uduzsaq da, daha yaxşı oynayıb qələbə qazanmağa çalışacağıq.

- Zaur Axundov sanki hakimlikdən razı qalmamışdı...
- Cərimə zərbəsi təyin edəndə məsafə 9,15 metr olmalıdır, 12 metr yox. Gənc hakimlər təyinat alırlar. Bu da oyuna təsir edir. Adi toxunuşa fit səsləndirəndə temp aşağı düşür. Narazılıq varsa, boşuna olmaz.

- Con Ayite əvəzlənəndə narazı görünürdü...
- Mənə də qaranlıq qaldı. Səbəbini bilmirəm. Araşdırarıq, özündən soruşarıq ki, nə məsələdir.

Bütün xəbərlər Facebook səhifəmizdə