AGF rəsmisi: “Akrobatlarımızın potensialına inanırıq” - AÇIQLAMA - ÖZƏL

“Azərbaycan hər il gimnastikanın müxtəlif növləri üzrə bir neçə Dünya Kuboklarına ev sahibliyi edir. Hazırda isə Bakıda ilk dəfə akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Mötəbər yarış Milli Gimnastika Arenasında yüksək səviyyədə təkil edilib”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat katibi Bikə Abdullayeva deyib.

O qeyd edib ki, akrobatika gimnastikası Azərbaycanda uzun illərdir mövcud olsa da, son illər daha çox inkişaf dövrünü yaşayır: “Hazırda keçirilən Dünya Kubokunda Rusiya, Belarus, Ukrayna kimi güclü komandalar çıxış edirlər. Bu komandaların idmançıları arasında Avropa çempionaları, dünya çempionatının mükafatçıları var. Bizim də həm kişi, həm də qarışıq cütlüklərimiz dəfələrlə dünya yaş qrupu yarışları, Avropa çempionlarında mükafatçılar sırasında olublar. Dünya Kubokunda biz onlardan layiqli çıxışlar gözləyirik. Çünki akrobatlarımızın potensialına inanırıq”.

AGF rəsmisinin sözlərinə görə, Dünya Kubokunda idmançılarımız ilk çıxışları zamanı yeni kompoziyalar nümayiş etdiriblər: “Bu yarışda gimnastlarımız ilk çıxışlarında temp hərəkətləri göstərdilər. Bu, yeni kompozisiyadır. Bəzi məqamlarda hansısa səhvlər ola bilər. Ancaq sonrakı cəhdlərində onlardan daha əmin çıxışlar gözləyirik. Gimnastlarımızın Dünya Kubokunun finalına çıxacalarına inanırıq”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə