Rüfət Dadaşov Almaniyada poker etdi

Millimizin sabiq üzvü Rüfət Dadaşov Almaniyada qollarını sıralayır. SİA-nın məlumatına görə, Almaniya üçüncü Bundesliqasında mübarizə aparan "Proyssen"də çıxış edən 26 yaşlı hücumçu Federasiya kubokunda "Şyüren"a ilə keçirilən görüşdə pokerlə yadda qalıb. R.Dadaşov 7:0 hesabı ilə qalib gəldikləri görüşün 35, 61, 71 və 80-ci dəqiqələrində rəqib qapısına yol tapıb.

Xatırladaq ki, R.Dadaşov Azərbaycan millisində almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış edib və 16 oyunda 4 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə