"Neftçi" Avroliqaya vəsiqə qazandı, "Zirə" 4-cü yerə çıxdı

Topaz Premyer Liqasında sonuncu - 28-ci turun oyunları keçirilib. SİA-nın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub. Əsas diqqətlər Gəncə və Sumqayıta yönəlib. “Neftçi” səfərdə “Kəpəz”in qonağı olub və 2:1 hesabı ilə qalib gələrək 3-cü yeri, eyni zamanda Avroliqaya vəsiqəni təmin edib. "Neftçi"nin qollarına Ruslan Abışov (63-cü dəqiqə) və Lukas Qomez (79-cu dəqiqə) imza atıblar.

Sumqayıtda eyniadlı komanda “Zirə”ni qəbul edib. Gərgin keçən oyun qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Zirə" çempionatı 4-cü yerdə başa vurub. Əgər Azərbaycan kubokunun finalında "Qəbələ" "Keşlə"yə qalib gələrsə, bu halda "Zirə" Avroliqada iştirak edəcək. Əks halda kubokun sahibi kimi Avropa Liqasına "Keşlə" gedəcək.

Digər matçda isə “Səbail” “Keşlə”ni sınağa çəkib və 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, mövsümə bu gün keçiriləcək “Qəbələ” - “Qarabağ” matçı ilə yekun vurulacaq. Paytaxtda oynanılacaq bu görüşdən sonra Peşəkar Futbol Liqası ilk üçlüyün sahiblərinə medalları təqdim edəcək.

Topaz Premyer Liqası
28-ci tur
20 may (bazar)


17:15. "Sumqayıt” - "Zirə” - 1:2
Qol: Cavid İmamverdiyev, 13 (1:0), Aleksandr Dedov, 68 (1:1), Tounkara, 94 (1:2)
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, İnqilab Məmmədov
"Kapital Bank Arena”

17:15. "Kəpəz” – "Neftçi” - 1:2
Qol:
Ruslan Abışov, 63 (0:1), Şəhriyar Rəhimov, 67 (1:1), Lukas Qomes, 79 (1:2)
Qırmızı vərəqə: Kiril Petrov, 87 ("Neftçi")
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elman Musayev, Ramil Diniyev
Gəncə şəhər stadionu

17:15. "Səbail” - "Keşlə” - 0:1
Qol:
Rafael Məhərrəmli, 63
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Mübariz Haşımov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
"Bayıl Arena”

21 may (bazar ertəsi)

19:00. "Qəbələ” - "Qarabağ”
Hakimlər:
Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev
“Azersun Arena”

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

27

19

5

3

36-13

62

2

Qəbələ

27

14

7

6

43-25

49

3

Neftçi

28

14

4

10

39-28

46

4

Zirə

28

12

8

8

36-30

44

5

Sumqayıt

28

11

7

10

34-33

40

6

Keşlə

28

8

7

13

29-39

31

7

Səbail

28

6

5

17

19-39

23

8

Kəpəz

28

3

5

29

18-47

14

Bombardirlər:

Baqali Dabo ("Qəbələ) - 13 qol
Amil Yunanov ("Sumqayıt") - 10 qol
Stiven Monroz ("Qəbələ") - 9 qol

Bütün xəbərlər Facebook səhifəmizdə