Ansi Aqolli Albaniya millisindən kənarda qaldı

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Albaniya millisindən kənarda qalıb. Albaniya Futbol Federasiyasının rəsmi saytında yer alan məlumata görə, baş məşqçi Kristian Panuççi kapitana ehtiyac duymayıb. İtaliyalı mütəxəssis 24 oyunçuya dəvət göndərib. Albanlar martın 26-da Norveçlə yoldaşlıq görüşündə üz-üzə gələcəklər.

Qeyd edək ki, 2005-ci ildən Albaniya millisinə çağırılan Ansi Aqolli 73 oyunda 3 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə