“Neftçi” yenə “Qarabağ”a uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünə start verilib. Açılış oyununda son çempion “Qarabağ” klubu ilə “Neftçi” komandası ilə üz-üzə gəlib. “Bakcell Arena”da keçirilən görüşdə “Qarabağ” rəqibi üzərində 3:1 hesablı qələbə qazanıb. Son çempionun heyətində Mahir Mədətov dubl edib, komandanın üçüncü qoluna isə Dino Ndlovu imza atıb. Ağdamlıların yarımmüdafiəçisi Rahid Əmirquliyev isə avtoqol müəllifi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə